Tarix: 9 Fevral 2016 22:45
Yuxuda öpüşdüyünü görmək, dərdlərə dərman tapmağa, xəstəliklərdən, qorxulardan, şübhələrdən və borclarından xilas olmağa dəlalət edər. Yuxu sahibi özünü üzən, çətinliyə salan, əhvalını pozub, sevincini qaçıran hər cür problemdən və müsibətdən xilas olacaq, sağlamlığa qovuşacaq. Yuxuda öpüşdüyünü görən adamın hər işi yoluna girəcək və bundan sonra da işləri rast gedəcək deməkdir. Həyatı istədiyi istiqamətdə dəyişəcək və hər istədiyi, zamanı gəldiyində bir-bir gerçək olacaq. Yuxu sahibinin ətrafında pis və dedi-qoduçu kəslər olmayacaq, özü üçün yaxşı düşünən və xoş diləklər olan kəslər artacaq.
Yuxuda Köhnə sevgiliylə Öpüşmək
Hələ köhnə sevgilini düşünməyə və onunla bir yerdə qarşılaşmağa işarə edər. Yuxusunda köhnə sevgilisiylə öpüşdüyünü görən adam o adam ilə yenidən üz-üzə gələ bilər, problemləri həlledərsə münasibətlərinə qaldığı yerdən davam edə bilər deyə təbir edilər.
Yuxuda kişilə öpüşdüyünü Görmək
Ortaq bir iş etməyə təbir edilər. Yuxu sahibi bir adam ilə ortaq şəkildə bir işə girə bilər, yarı yarıya sərmayə ilə razılaşma imzalaya bilər. Yuxusunda bir kişilə öpüşdüyünü görən adamın niyyətləndiyi iş təmiz və xeyirli olacaq.
Yuxuda qızla öpüşdüyünü Görmək
Yuxu sahibinin könül əlaqəsi yaşayacağına əgər artıq bir əlaqəsi varsa da xoşbəxt sonla bitəcəyinə yozular. Xoşbəxtliyə vəsilə olacaq və nağd sıra yeni xoşbəxtliklər gətirəcək bir izdivac mənasını verər.
Yuxuda sevgiliylə öpüşdüyünü Görmək
Yuxu sahibinin gerçək həyatdakı sevgilisi ilə əlaqədar bir şey öyrənəcəyindən və bunu da başqasından duyacağına təbir edilər. Əgər yuxu sahibi sevgilisindən uzaqsa yaxın zamanda sevgilisinə qovuşar.
Yuxuda Birini öpdüyünü Görmək
Yuxu sahibi yuxusunda birini öpdüyünü görsə əgər, işləri nizama girəcək və ticarət həyatında qara buludlar keçib gedəcək deməkdir. Uzun zamandan bəri tıxanmış olan işlər açılacaq və düyün olan problemlər həll edilməyə başlayacaq deməkdir.
Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə məmnunluğa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi işdə, sevgidə uğur və dostlarınızın hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə bu gələcək məmnunluqlar və mehriban dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə bu, təhlükə və rüsvayçılıq əlamətidir, işıqlıqda öpmək o deməkdir ki, qadınlara qarşı alicənab xasiyyətinizi dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək əxlaqsız hərəkətlərə işarədir. Yuxuda rəqib sizin sevgilinizi öpübsə, həyatda onun hörmətini itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç zaman əskik olmayacaq mənəvi birliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda sevgilisi ilə öpüşəndə qəflətən yaxalanıbsa, bu real həyatda yaxın dostları tərəfindən ona qarşı ədəbsiz, kobud hərəkətlərə işarədir.