Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxuda Öpüşmək görmək

Tarix: 9 Fevral 2016 22:46


Öpüş şübhəsiz ki, gənc sevgililərlə assosiasiya edilir.Təsəvvürdə dərhal metronun eskalatorunda öpüşən iki yeniyetmə canlanır. Siz öpüşə, başqalarının necə öpüşdüyünə baxa bilərsiniz və ya sanki sizi kiminsə öpdüyünü xəyal edə bilərsiniz. Yuxuda başqasını öpməklə kiməsə qarşı öz seksual istəklərinizi həyata keçirə bilərsiniz. Belə olan halda bu yalnız öpmək üçün öpüş deyil, sevginin enerjisini hiss etmək məqsədilə öpüşdür.Öpüş – ehtirası oyatmaq istəyini ifadə edir. Başqalarının öpüşdüyünü görmüsünüz? Bu o deməkdir ki, siz bu insanların şəxsi həyatı haqqında çox şey bilirsiniz və ya onların həyatında fəal iştirak edirsiniz.İstisan hal ondan ibarətdir ki, siz tərəf müqabilinizin başqası ilə öpüşdüyünə şahid olursunuz – bu münasibətlərdə etibarsızlığa aydın nümunədir. Yuxudan elə oyanırsınız ki, sanki kimsə sizi öpmək istəyir? Bu sizin kiməsə qarşı ehtiras istəyinizdən irəli gəlir.Adətən öpüşə qədər yuxudan oyanırsınız.Səbəb- qadağa hissidir.Siz öpüşmək istəyirsiniz, lakin bilirsiniz ki, bu arzuolunmazdır. Öpüşərkən nə hiss edirsiniz? Xoş hisslər yoxsa təhlükə? Öpüşdən sonrakı təəssüratlarınız: nifrət, romantik hisslər yoxsa ehtiras?


Etiketlər:  Yuxuda Öpüşmək görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ