Tarix: 9 Fevral 2016 22:59
Yuxuda sancaq görmək ailə münaqişələri və çəkişmələrindən xəbər verir. Gənc qadına belə yuxu sevgilisinin onunla kobud rəftar edəcəyinə işarədir. Əgər yuxuda sancaq udmusunuzsa, real həyatda hansısa fövqəladə vəziyyətlər sizi riskli şərtlər qəbul etməyə məcbur edəcək. Yuxuda sancaq itirmək itki və davaların olacağına işarədir. Əyilmiş və paslanmış sancaq o deməkdir ki, sizin yüngül hərəkətiniz hörmətdən düşməyinizə səbəb olacaq. Əgər sancaq bədəninizə batırsa, bu, kiminsə sizin əsəblərinizə toxunacağına işarədir.