Tarix: 9 Fevral 2016 22:59
Yuxuda saqqal görmək – o deməkdir ki, sizi hakimiyyət uğrunda mübarizə gözləyir və çox güman ki, bu mübarizədə itkiləriniz olacaq. Ağ saqqal uğursuzluq və uzumüddətli xəstəliyə işarədir. Saqqallı qadın görmək xoşagəlməz görüşlər və uzun sürən xəstəlik deməkdir. Yuxuda saqqalı daramaq və naz çəkmək o deməkdir ki, sizin şöhrət və məğrurluğunuz, xoşbəxtliyiniz artacaq, lakin əvvəlki dostlarınız üçün o qədər də xoşagələn olmayacaqsınız. Əgər gənc qadın yuxuda saqqalını darayırsa, bu yuxu onun uğursuz evlilik quracağına işarədir.