Tarix: 9 Fevral 2016 23:00
Yuxuda təmiz su görmək o deməkdir ki, sizi sevinc, xoş güzəran gözləyir; əgər su bulanıqdırsa, siz təhlükədə olacaqsınız və ümidsizlik sevinci əvəz edəcək. Əgər evinizdə su dağılıbsa və artırsa, bu o deməkdir ki, siz pisliyə qarşı mübarizə aparacaqsınız və müqavimət göstərəcəksiniz, lakin suyun azaldığını görsəniz, bu pis əlamətdir, siz təhlükəli mühitə düşəcəksiniz. Nəm torpaqda gedirsinizsə və ayaqlarınızın yaş olduğunu görürsünüzsə, bu, xoşagəlməz hadisələrə, xəstəlik və kasıblığa işarədir. Bulanıq suya düşmək o deməkdir ki, siz ciddi səhvlər edəcəksiniz və bundan kədərlənəcəksiniz. Bulanıq su içmək xəstəliyə işarədir, lakin təmiz və təzə su içmək ən xoş arzuların həyata keçməsindən xəbər verir. Suda idmanla məşğul olmaq gözlənilməz sevgi və ehtiras əlamətidir. Əgər yuxuda başınıza su damcıları sıçrayırsa, bu o deməkdir ki, sizi xoşbəxt sonluqla bitəcək ehtiraslı sevgi gözləyir. Aşağıdakı yuxu və hadisələr real həyatda yuxuları yozan qadın tərəfindən belə izah edilir: “Hansısa tərzdə mən yuxuda mavi sularda ağappaq qar kimi görünən şlyupka ilə üzürdüm. Növbəti gecə mənim çox gözəl, cəzbedici qonağım-gənc kişi oldu. O mənimlə həmin gecəni qaldı və buna görə mən ciddi şəkildə ittiham olundum”. Beləliklə, mavi su və gözəl ağ şlyupka qəm, kədər simvolu oldu.
İnsan yuxuda sakit suda üzürsə, onu məhkəmə və yüngül xəstəlik gözləyir. İnsan böyük, coşqun suda üzürsə, bu ağır məhkəmə prosesi və təhlükəli xəstəliyə işarədir.Sizə su veriblərsə, bu, uzunömürlü həyata işarədir.Su çay suyudursa, bu böyük gəlirə işarədir.Quyu suyu zənginlik əlamətidir. Kanal və çala suyu mübahisələrə işarədir. Kanal suyu – sizin məhsulununuzu su basacaq. İnsan yuxuda küçədə su aparırsa – uğursuzluq onu birdəfəlik tərk edəcək.
Su- həyat rəmzidir. Yuxuda böyük kürənin işərisinə doldurulmuş şəffaf su görmək aqrar işlərə böyük fayda gətirəcək gözəl hava şəraitinə işarədir. Su içmək və stəkanın içində milçək görmək ictimaiyyətin əhval-ruhiyyəsini dəyişən onun sabahkı günə inamını itirən böhtan və məhkəmə prosesinə işarədir. Su ilə getmək və suda üzən balıq dəstəsi görmək Yaponiya ilə münasibətlərin kritik həddə çatacağına, lakin zorakılıq və müharibə olmayacağına işarədir. Suyun altında üzmək və delfinlərlə danışmaq bundan əvvəl tanınmamış xalqa qapılar açacaqsınız. Güclü qaynayan su görmək – yeni elm və ya təlimin yaranması və mürəkkəb təcrübələr üçün səmərəli dövrə işarədir.Qanlı su görmək – dahi insana çevriləcək və özü haqqında ucadan danışan Əqrəbin yaranmasına işarədir.
Su dəyişikliklərin,ziddiyyətlərin həll olunması, təkamül, yenilənmə, günahların yuyulması və unutqanlıq rəmzidir. Yuxuda təmiz soyuq su içmək ayıqlıqda dünyanın təzələnməsi deməkdir, siz yeni keyfiyyətdə əhatəsində olduğunuz başqa adamlarla birlikdə bu təmizlənmə və yenidən dirçəlmə prosesinin iştirakçısı olacaqsınız. Yuxarıdan üzərinizə soyuq suyun töküldüyünü görmək, müqavimət göstərməyin ağılsızlıq olduğu üzərinizə gələn kosmik təsir dalğasından xəbərdarlıqdır. Əgər siz kosmosla harmoniya yaratmağa nail olsanız, onda siz məşhur adam olacaq və bütün dünyada tanınacaqsınız. Bulanıq su fəlakət rəmzi, vəziyyətin və adxamlarla münasibətlərin çətinliyi əlamətidir. Xeyirxahlıq və səbr göstərin, əks halda qəlbinizi layiq olmayan təsərrüatlarla ləkələyəcəksiniz. Yuuxda evinizi necə su basdığını görmək, ayıqlıda çoxlu xəbər axının gözləyin. Onlardan biri sizin əhvalınızı və adamlarla münasibətləriniiz kökündən dəyişdirəcək. Suda batmaq hadisələrin qanuni gedişinə təsir etməkdir ki, bunun nəticəsində səhhətinizi pozacağ və ömrünüzü qısaldacaqsınız. Suyun üzərində dairə və ya köpüklər görmək qarşıdakı dəyişikliklərə çətinlilə tab gətirəcəyinizdən xəbər verir. Lakin hadisələrin bu gur axını qarşısında durmnaqla siz özünüz və digər admalar üzrəində hakimiyyət qazanacaqsınız.