Tarix: 9 Fevral 2016 23:01
Yuxularda tez-tez uçuruq – bu vacib hadisədir, bəzən, necə deyərlər, daxili şüuraltı uçuruq, digər vəziyyətlərdə dərk edilmiş yuxu görərək, şüurlu şəkildə uçuş seçirik. Lakin, bir qayda olaraq uçuş hər zaman hüdudsuz azadlıq hissi kimi yozulur.Şüuraltı uçuşlarda müəyyən səylər göstəririk-əl-qol ataraq havada qalmağa çalışırıq.Lakin bir çoxları yuxuda sanki buğda naməlum qüvvələr tərəfindən tutulduqlarını görürlər. Adətən belə yuxular səyahət etmək istədiyimiz vaxtlar və ya qaçış tələb edən təhlükəli anlardan qabaq görürük. Şüurlu şəkildə yuxu görən zaman biz yavaş-yavaş havaya qalxırıq. Uçuşu ona görə seçirik ki, bunu edə bilcəyimizi dərk edirik. Bu mistik qeyri-cismani təcrübə növlərindən biridir.Bu uçuşlar sayəsində yuxunu görən adam təhlükəsiz və səmərəli perspektivli istiqamətlər seçərək qalxır.Uçmaq istəyi – təhlükəsizlik yoxsa eyforiya istəyindən yaranır? Yuxuda adam öz-özünə, velosiped, maşın,qayıq və ya digər qeyri-uçuş xarakterli nəqliyyat vasitələri ilə uça bilər.Belə uçuşlar, bir qayda olaraq, adi nəqliyyat vasitələrinin səmərəsiz və sadəcə təhlükəli olduğu vəziyyətlərin nəticələrini özündə əks etdirir. Məsələn siz avtomobildə gedib qəzaya uğramaqdansa velosipedlə uçmağa üstünlük verirsiniz. Bununla yanaşı yuxu yaranan təhlükəsizliyin mənasız və məntiqsizliyini görmüş olursunuz.