Tarix: 9 Fevral 2016 23:05
Bu rəmz yuxuyozmada ilahi iradənin təzahürü, əalmətidir. Bəzi hallarda tufan münaqişə, qorxu, xəbər, qəzəb anlamında yozulur. Yuxuda şimşək çaxması və ildırım zərbələrindən qorxmusunuzsa, bu yuxu sizin mömin həyatı yaşamaqdan çox uzaq olmanız deməkdir, ona görə də bu yuxu yuxarıdan xəbərdarlıq hesab edilə bilər. Güclü leysan tufanına düşdüyünüzü görmək o deməkdir ki, real həyatda həlli uzanan münaqişə düşündüyünüzdən tez həll olunacaq. Tufan kənardan keçir, sizin üzərinizə bir damcı belə yağış düşmürsə, ayıqlıqda siz diribaşlığınız və çətin vəziyyətlərdən çıxmaq bacarığınızla rəhbərliyini ədalətsiz qəzəbindən xilas ola biləcəksiniz. Əgər tufan zamanı sizi ildırım vurursa, bu gözlənilməz xəbər anlamına gəlir. Əgər yuxuda dolu yağışının evi basdığını, baş verən daşqından xilas olmağa çalışırdığınızı, lakin bunların nəticəsiz görürsünüzsə, hə rtərəfi su basırsa, o, getdikcə yuxarı çıxırsa, bütün ətrafdakılar auyun altında qalırsa, yüksək evlər və tikililıri su basırsa, bu yuxu sizin də ciddi ziyan çəkəcəyiniz ekoloji fəlakətdən xəbər verir.