Tarix: 9 Fevral 2016 23:05
Yuxuda tülkü ovuna çıxmaq o deməkdir ki, siz şübhəli işlər və riskli sevgi macəraları yaşayacaqsınız. Yuxuda tülkü gizlincə həyətinizə giribsə, bu, paxıl adamlardan qorunmaq üçün xəbərdarlıqdır. Adınız təhlükə altındadır. Tülkünü öldürmək o deməkdir ki, istənilən işdə qalib gələcəksiniz.
—
Yuxuda tülkü tutmusunuzsa, bu müdafiəçinizin olacağına işarədir.Tülkü əlinizdən qaçıbsa, müdafiəçi və ya himayəçiniz sizi tərk edəcək.
—
Tülkü – hiyləgər heyvandır.Ona görə də yuxuda tülkü görmüsünüzsə, deməli ya onun tipli xarakterə maliksiniz, ya da hiyləgər insanların qurbanl olursunuz.Belə əlamətə necə baxırsınız – təhlükə və ya xoş təəssüratlarla? Bu obrazdan xoşunuz gəlir yoxsa yox – bu əlamət sizin dünya haqqında təsəvvürlərinizi və onunla münasibətinizi müəyyən edir. Yuxuda tülkü qarşınızda rəqib kimi dayanıbsa, yuxuyozmanın əlaməti kimi onun sizdən almaq istədiyi əşya ola bilər.Yuxuda tülkü görmək ondan xəbər verir ki, həyatınızda həmin heyvanla bağlı keyfiyyətlər ya sizi tərk edir, ya da sizdə onların xüsusiyyətləri meydana gəlir. Yuxuda tülkünün ətrafında oxşar keyfiyyətlərə malik insan varmı?