Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Tüstü görmək

Tarix: 9 Fevral 2016 23:05


Əgər yuxuda tüstü görmüsünüzsə, bu o deməkdir ki, siz şübhə və qorxu içində çaşqınlığa düşəcəksiniz. Əgər tüstü ilə zəhərlənmisinizsə, bu o deməkdir ki, sizin üçün təhlükəli insanlar sizi aldada bilərlər və ola bilsin, özlərinə tabe edə bilərlər.


——–


Yuxuda tüstü görmək – böyük vulkanın püskürəcəyinə işarədir.Ola bilsin ki, bu püskürmədən vulkan yaxınlığlnda yaşayan insanlar əziyyət çəksin. Yuxuda qara tüstü görmüsünüzsə, bu insanalrın əksəriyyətinin nikotindən asılı olacağı bir dövrün gələcəyinə işarədir.Tütün məmulatlarından asılılıq o qədər geniş yayılacaq ki, məcburi müalicəyə ehtiyac yaranacaq. Yuxuda tüstü gözlərinizi tutubsa və nəfəs ala bilmirsinizsə, bu, pis əlamətdir.Ola bilsin ki, gələcəkdə yanğın baş versin. Bu yanğının tüstüsündən insanlar xəsarət ala bilər.Bir neçə həftə ərzində müdafiə maskaları olmadan küçələrdə gəzmək mümkün olmayacaq.Elə bir zaman gələcək ki, boz buludlar yerin üzünü alacaq və bu insanlara bir sıra ağır xəstəliklər gətirəcək.Bu yuxu ağır xəstəliyə işarədir.Yuxuda alovdan çıxan tüstü görmək o deməkdir ki, Yerdə quraqlıq olacaq və bu yanğınlara səbəb olacaq.Sizin üçün belə yuxu köhnə dostlarla gözəl vaxt keçirəcəyinizə işarədir. Yuxuda qatardan çıxan tüstü görmək böyük dəmiryol qəzası və nəticədə çoxlu sayda insanların xəsarət alacağına işarədir. Bu cür yuxunu görən insan üçün bu, bədbəxt səyahətə işarədir.Ola bilsin ki, yolda başınıza bədbəxt hadisə gəlsin: qatar relsdən çıxa bilər və ya təyyarə qəzaya uğraya bilər.


Etiketlər:  Yuxuda Tüstü görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR