Tarix: 9 Fevral 2016 23:10
Yuxuda yara görmək – o deməkdir ki, xəstəlik sizə itki və zəiflik, yorğunluq gətirəcək. Yaranı sarımaq gizli arzu və istəklərinizin həyata keçəcəyinə işarədir. Əgər dərin, sümüyünə qədər yaralanmış körpə yuxunuza girsə – bu o deməkdir ki, əziyyətli və acınacaqlı hadisələr planlarınızı alt-üst edəcək və uşaqlarınız yoluxucu xəstəliklərə tutulacaq. Əgər öz bədəninizdə yaralar görsəniz, həyatda fiziki və mənəvi cəhətdən xəstəliyə tutulmaq ehtimalınız var. Bu yuxu nəinki xəstəlik, eləcə də işlərinizin pisləşəcəyinə işarədir.