Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Ayaq görmək

Tarix: 19 Noyabr 2014 21:06


Yuxuda gözəl qadın ayaqları xoşunuza gəlibsə, bu o deməkdir ki, ağlınızı itirərək yaraşıqlı bir adamla nalayiq, yüngül hərəkətlərə qapılacaqsınız. Eybəcər ayaqlar görmək faydasız məşğuliyyət və qıcıqlandırıcı yoldaşlara işarədir. Yaralı ayaq itkiyə işarədir. Yuxuda küt ayaqlar görmək o deməkdir ki, özünüzü dostlarınız qarşısında saxta vəziyyətə salacaqsınız. Yuxuda ayaqlarınızda yara varsa, bu, başqalarına kömək etməklə bağlı gəlirlərinizin azalacağına işarədir. Yaralı ayaq itkiyə işarədir. Yuxuda üç və daha çox ayağınızın olduğunu görmüsünüzsə, bu, real həyatda işdə, əməldə deyil, sözdə zirək olduğunuza işarədir. Yuxuda ayaqlarınız sözünüzə baxmırsa, sizi yoxsulluq gözləyir. Yuxuda ayaqlarınız kəsilibsə, siz dostlarınızı itirəcəksiniz və ailə üzvlərinizin müstəbid təsirinə məruz qalmaq həyatınızı dözülməz edəcək. Gənc qadın yuxuda öz ayaqlarına vurulubsa, bu o deməkdir ki, onun ağılsız məğrurluğu sevdiyi insanı özündən uzaqlaşdıracaq. Yuxuda ayaqlarını tüklü görübsə, gələcəkdə ərinə əmrlər verəcək. Yuxuda ayaqlarınız yaxşı formada, qəşəngdirsə, bu, xoşbəxt gələcək və sədaqətli dostlara işarədir. Yuxuda, sadəcə, öz ayaqlarını görmək məyusluğa işarədir. Belə yuxu böyük səylə həyat mövqeyinizi təsdiq etmək üçün xəbərdarlıq edir. Yuxuda ayaqlarınız qızarıb və şişibsə, xoşagəlməz hadisələr gözlənilir; ola bilsin, rüsvayçılıq və alçalma, işlərdə gözlənilməz dəyişikliklər, ailədə mübahisələr və s.

Yuxuda insanın ayaqları axsaqdırsa və ya iflic olubsa – bu,düşmənin məğlub olacağına işarədir.


Etiketlər:  Yuxuda Ayaq görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR