Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 20:32
Bakı. Trend:
Özbəkistanda qeydə alınan koronavirusa yoluxma hallarının sayı 172 nəfər artaraq 16086 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.
Koronavirusdan sağalmış xəstələrin ümumi sayı 9003-ə çatıb və hazırda 6984 nəfər müalicə olunur.
Səhiyyə Nazirliyi Özbəkistanda koronavirus pandemiyasının yayılması statistikasında yeni bir ölüm halını da açıqlayıb.