Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 21:24
Böyük Britaniyada yerləşən kafelərdən birinin rəhbərliyi vətəndaşların sosial məsafə qaydalarına riayət etmələri üçün maraqlı həll tapıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, "The Star Inn" adlı kafedə sosial məsafə problemini gərginlikli məftil vasitəsilə həll ediblər.
Məftil bar piştaxtasının yanında yerləşdirilib, beləliklə, insanlar barmenlərdən kifayət qədər uzaq əyləşməyə məcburdurlar.
Müəssisənin sahibləri bildiriblər ki, onlar ziyarətçilərin barmenlərə yaxınlaşmaqlarına və bar piştaxtasının yanında kütləvi şəkildə yığılmaqlarına görə, mübarizə aparmaqdan yorulublar. Bu addım nəzakətli xahişlərin işə yaramadığı anlaşıldıqdan sonra atılıb.