Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağ müharibəsi gedişində hansı tətbiqlər təhlükəlidir? - "Accept" düyməsini vurmaqla riski qəbul edirlər

Qarabağ müharibəsi gedişində hansı tətbiqlər təhlükəlidir? -

Tarix: 18 Iyul 2020 21:52

Azərbaycan torpağını işğal edənlərin apardığı qeyri-sağlam informasiya müharibəsi zamanı çoxları ermənilərə məxsus "PicsArt" proqramının təhlükəli olduğunu bildirirlər. Məlumatlar oğurlandığı üçün mütəxəssislər bu günlərdə azərbaycanlılara həmin tətbiqi silməyi tövsiyə edirlər.

Maraqlıdır, bu, nə dərəcədə real təhlükədir? Ümumiyyətlə, Picsart tipli proqramlar hansı mexanizm vasitəsilə məlumatları ələ keçirirlər?

Milli.Az ted.az-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan informasiya təhlükəsizliyi üzrə ekspert Fərid Zeynalov bildirib ki, belə tətbiqləri yükləyərkən qalereyaya daxil olmaq üçün icazə istənilir: "İstifadəçi razılıq versə, bu tətbiqlərin foto, kontakt və geolokasiyaya çıxışı olur. İstənilən fotonu çəkdikdə onun ərazisi datalarda qeyd olunur. Erməni proqramçıların hazırladığı tətbiq - Picsart-dan qaçmaq lazımdır. iPhone, Android sistemləri üçün tətbiqlər uyğun olaraq Apple Store və Play Store-dən yüklənir. Tətbiq yazılıb oraya yerləşdirilmək üçün müəyyən standartlara cavab verməlidir. Play Store, Apple Store özü müəyyən testlər keçirir ki, istifadəçi məlumatlarını oğurlayan, təhrif edən nəsə olmasın. Apple bu işə daha ciddi nəzarət edir. Play Storedə isə istifadəçi çox olduğu üçün nəzarət daha azdır. Müəyyən müddət sonra Play Store-nin proqram təminatında belə şeylər ola bilir. Bir müddət öncə TikTok-da da yaşanmışdı. Təbii, indi həmvətənlərimiz bu tip tətbiqlərin istifadəsindən qaçmalıdırlar. Onlardan nə qədər az istifadə edilsə, o qədər yaxşıdır. Çünki bu cür tətbiələrin istənilən halda datalara daxil olmağa icazəsi olur. Bundan nə vaxtsa pis və ya yaxşı məqsədlər üçün istifadə istisna edilmir. İstənilən halda risk var və istifadəçi "accept" düyməsini vurmaqla bu riski qəbul etmiş olur".

Ekspert vurğulayıb ki, Müdafiə Nazirliyi mütəmadi olaraq əhaliyə ayıq olmaq üçün xatırlatma edir: "Hərbi texnika, atışma zonası, hərbi heyət və s. barədə paylaşım etmək olmaz. Öz əlimizlə məlumat ötürürük. O görüntülərə yalnız biz deyil, düşmən də baxır. Hər halda bunlarsız düşmən generalın yerini dəqiqliklə bilib vura bilməzdi. İnsanlar ayıq-sayıq olmalı, hər məlumatı ötürməməlidirlər. Müharibə şəraitindəyiksə, bizə rəqib olan hər ölkənin xüsusi xidmət orqanları işləyir. Hazırda isə hər məlumat qızıla bərabərdir. Bunlarla yanaşı, həmvətənlərimdən sosial şəbəkə və tətbiqlərdən göndərilən heç bir linki açmamalarını xahiş edirəm".

Milli.Az


Etiketlər:  Qarabağ müharibəsi gedişində hansı tətbiqlər təhlükəlidir Accept düyməsini vurmaqla riski qəbul edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ