Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niderlandda tullantılardan ibarət körpü “3D” printerdə çap ediləcək

Niderlandda tullantılardan ibarət körpü “3D” printerdə çap ediləcək

Tarix: 18 Iyul 2020 22:56

Niderlandın Rotterdam şəhərinin hakimiyyəti "3D" printerdə tullantılardan hazırlanan çap edilmiş yeni körpü quraşdırmağı planlaşdırır.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, uzunluğu 6,5 metr təşkil edəcək körpünün 2020-ci ilin sonunda Kralinqs Bos parkında, 1975-ci ildə qurulan hazırkı taxta körpünün yerində tikilməsi nəzərdə tutulur.

Mütəxəssislərin sözlərinə görə, 2100-cü ilədək istifadə ediləcək yeni körpü obyektin vəziyyəti haqqında məlumatların toplanılması və onların tikilinin "rəqəmli oxşarı"na ötürülməsi üçün xüsusi sensorlarla təchiz olunacaq.

Körpünün istismar müddəti başa çatdıqdan sonra onun bütün materialları təkrar emal edilərək istifadə olunacaq.


Etiketlər:  Niderlandda tullantılardan ibarət körpü printerdə çap ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ