Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Siti”yə ''yox'' dedi – “Barselona”da oynamaq üçün

“Mançester Siti”yə ''yox'' dedi – “Barselona”da oynamaq üçün

Tarix: 19 Iyul 2020 14:52

“İnter”in hücumçusu Lautaro Martines “Mançester Siti”nin təklifini qəbul etməyib

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, ingilislər 23 yaşlı futbolçuya 4 illk müqavilə təklif etsə də, o, bundan imtina edib. Səbəb kimi Martinesin yalnız “Barselona”da oynamaq istədiyi və bunun üçün bir il gözləməyə hazır olduğu bildirilir.

İddia edilir ki, “Barselona” artıq argentinalı ilə müqavilənin şərtlərini razılaşdırıb.  Onunla 5 illik müqavilə bağlanacağı nəzərdə tutulur. Bu əməkdaşlığa uyğun olaraq Martines ilinə 12 milyon avro qazanacaq, “İnter”ə isə 90 milyon avro təzminat ödəniləcək və əlavə bir futbolçu veriləcək.

 


Etiketlər:  Mançester Sitiyə dedi Barselonada oynamaq üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ