Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkili rəssam sosial şəbəkədə canlı olaraq şəhid generalımızın portretini yaradıb - FOTO

Şəkili rəssam sosial şəbəkədə canlı olaraq şəhid generalımızın portretini yaradıb - FOTO

Tarix: 19 Iyul 2020 22:10

Şəki Uşaq İncəsənət məktəbinin müəllimi Səbuhi Məmmədov "Facebook" sosial şəbəkəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun portretini onlayn şəkildə canlı olaraq yaradıb.

Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin hər zaman xüsusi ehtirama layiq olduqlarını, onların əziz xatirəsinin heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayan rəssam deyib: "Mən bu əsəri cəsur və mərd zabit kimi hər zaman əsgərlərinin yanında olan, əsl komandan olaraq ön cəbhədə şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimova, eləcə də düşmən təxribatı nəticəsində həlak olan bütün şəhidlərin xatirəsinə həsr edirəm. İnanıram ki, qəhrəman generalımızın və digər şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımız tezliklə düşməndən azad olunacaq".


Etiketlər:  Şəkili rəssam sosial şəbəkədə canlı olaraq şəhid generalımızın portretini yaradıb FOTO


RƏYLƏR