Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 17:45
Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında COVİD-19-a yeni yolxuma halları aşkar olunub.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, ötən gün daha 3 nəfərdə COVİD-19 olması müəyyənləşib. Onların 2-si Xankəndi, 1-i isə Ağdərə ərazisində məskunlaşmış ermənilərdə aşkar olunub.
Beləliklə, koronavirusa yoluxanların ümumi sayı Qarabağda 171 nəfərə çatıb. Onlardan 144-ü sağalıb.
Hazırda Laçın, Kəlbəcər və Tərtər rayonunun işğal altındakı ərazilərində virus ocaqları mövcuddur.