Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rayonlara yollar nə vaxt açılacaq? - RƏSMİ

Rayonlara yollar nə vaxt açılacaq? - RƏSMİ

Tarix: 20 Iyul 2020 17:57

Bakı. Elçin Mehdiyev – Trend:

Rayonlara yolların açılması virusun geniş yayılmasına səbəb ola bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, rayona yollar açılan kimi yoluxmaların sayı artır: “Biz indiki mərhələdə rayonlara yolları açmaqla əldə etdiyimiz naliyyəti itirə bilərik. Biz yoluxmaların tam idarə olunmasına nail olmağa çalışırıq. Buna nail olduqdan sonra rayonlara da yollar açılacaq. Mənim ailəm də deyir ki, gedək İsmayıllıya, Şamaxıya, Qənbələyə, ancaq bu gün bunu edə bilmirik”.


Etiketlər:  Rayonlara yollar vaxt açılacaq RƏSMİ


RƏYLƏR