Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 18:18
Bakı. Samir Əli - Trend:
Virus əleyhinə antibakterial dərmanların ev şəraitində istifadəsi məsləhət görülmür.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, bu müalicə xəstəxanada aparılmalıdır: "Vətəndaşlardan xahiş olunr ki, ev şəraitində özbaşına müalicə olunmasınlar. Bu təhlükəli ola bilər".
Apteklərdə dərman preparatlarının bahalaşması və qıtlığına Səhiyyə Nazirliyi cavabdeh deyil: "Apteklər biznes obyektdir və Səhiyyə Nazirliyi apteklərə yalnız tövsiyyələr edə bilər. Bu tövsiyyələr də edilir. Mən özüm bəzi apteklərdə araşdırmalar aparmışam və virus əleyhinə dərman preparatları və vitaminlərin qıtlığına rast gəlməmişəm".