Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə yeni TƏYİNAT

Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə yeni TƏYİNAT

Tarix: 21 Iyul 2020 10:18

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Arif Hüseynov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə O, Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, V.Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.


Etiketlər:  Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə yeni TƏYİNAT


RƏYLƏR