Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 11:58
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni rekordlar müəyyənləşdirib.
Qol.az "Opta"ya istinadən xəbər verir ki, İtaliya A seriyasının 34-cü turunda "Latsio" ilə matçda dubl edən portuqaliyalı hücumçu bununla da ölkə çempionatında 50 və 51-ci qollarını vurub. Beləliklə, o, Premyer Liqa, La Liqa və A seriyasında 50 və daha çox qol vuran ilk futbolçu olub.
Bundan başqa, Ronaldo ən az 1994/1995 mövsümündən bəri A seriyasında 50-dən çox qol vuran ən sürətli oyunçu olub. 35 yaşlı oyunçu 50 qol səddini 61 matça aşıb.