Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzTV-nin “Hədəf” verilişində erməni təxribatının siyasi məqsədləri təhlil olunub - FOTO

AzTV-nin “Hədəf” verilişində erməni təxribatının siyasi məqsədləri təhlil olunub - FOTO

Tarix: 21 Iyul 2020 17:39

İyulun 21-də Azərbaycan Televiziyasının "Hədəf" proqramında Ermənistanın Azərbaycana qarşı təxribatının siyasi məqsədləri müzakirə edilib. Verlişin qonaqları Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov və politoloq Sahil İsgəndərli son günlər Ermənistanın istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə Azərbaycana qarşı açdığı informasiya cəbhəsindən söz açıblar.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, işğalçı dövlətin ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri və Ermənistan rəhbərliyinin gülünc addımlarını ətraflı təhlil ediblər. Poltoloq Əhməd Əlili də Azərbaycanın haqlı mövqeyi, Ermənistanın təcavüzkar siyasəti ilə bağlı söylənilənlərlə şərik olduğunu və münaqişə ilə bağlı qarşı tərəfin bu cür mövqeyini əsaslandıran səbəbləri açıqlayıb.Ankaradan Skype bağlantısı ilə efirə qoşulan politoloq Güngör Yavuzaslan Azərbaycanın haqq işinin Türkiyədə və dünyada böyük dəstək qazandığını, həmçinin, erməni hiyləsinin siyasi mahiyyətini geniş şərh edib.

Verilişi tam şəkildə AzTV-nin rəsmi "Youtube" kanalından izləyə bilərsiniz https://www.youtube.com/watch?v=jvdR7BqABH0

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az


Etiketlər:  AzTV Hədəf verilişində erməni təxribatının siyasi məqsədləri təhlil olunub FOTO


RƏYLƏR