Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tvitter profillərini ''sındıran'' hakerlər araşdırılacaq

Tvitter profillərini ''sındıran'' hakerlər araşdırılacaq

Tarix: 21 Iyul 2020 20:24

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məşhur insanların və şirkətlərin Tvitter-dəki profillərinin təhqir edilməsini araşdırır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda qurumun San-Fransiskodakı bürosu məlumat yayıb.

Məlumata görə, FTB məşhur insanlara aid bir neçə Tvitter hesabını qanunsuz ələ keçirən hakerləri araşdıracaq.

Xatırladaq ki, ötən günlərdə hakerlər Apple, Uber şirkəti də daxil olmaqla 50-yə yaxın rəsmi hesabı "hack edib", link yerləşdirərək pul toplayıblar.

Zərərçəkənlər arasında ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, eks-prezident Barak Obama, Tesla və SpaceX qurucusu Elon Musk, milyarderlər Bill Geyts, Maykl Bloomberg və Warren Buffett, Amazon şirkətinin direktoru Jeff Bezos, reper Kanye West, Apple, Uber və başqaları var. Bu hadisə Tvitter tarixinin ən böyük kiberhücumlarından biri hesab olunur.


Etiketlər:  Tvitter profillərini sındıran hakerlər araşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ