Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Riskə getməyəcəyik” - Çeferin

“Riskə getməyəcəyik” -  Çeferin

Tarix: 21 Iyul 2020 21:58

“Pandemiya dövründə əsas qurumlar nələrisə qurban verməli idi. UEFA da mövsümün bir hissəsini qurban verdi, bunun sayəsində yerli çempionatları iyulun sonuna qədər bitirib, avqustda avrokubokları keçirə bilmək imkanı yarandı. Bunun üçün UEFA, yerli federasiyalar, klublar həmrəylik göstərdi".

Qol.az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

O, hələlik oyunların azarkeşsiz keçiriləcəyini, bu işdə riskə getmək istəmədiklərini bildirib: "Əvvəldən də avrokuboklarda bu mövsümün bu il bitə biləcəyinə inanırdım. Növbəti qərara qədər oyunlar azarkeşsiz keçiriləcək. Riskə getməyəcəyik. İdarəedici orqan olaraq, təkcə UEFA turnirlərini deyil, bütün futbolu diqqətdə saxlamalıyıq.

İlkin mərhələdə AÇ-2020-ni təxirə saldıq. Məncə, hər kəs bunu digər iştirakçılara kömək məqsədiylə etdiyimizi başa düşdü".

 


Etiketlər:  Riskə getməyəcəyik Çeferin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ