Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Ferensvaroş” matçını bu hakim idarə edəcək - FOTO

“Qarabağ” “Ferensvaroş” matçını bu hakim idarə edəcək - FOTO

Tarix: 25 Avqust 2025 13:36

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanın "Ferensvaroş" klubu ilə keçiriləcək ev görüşünə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləri Nikolya Danos və Aleksik Orjie olacaqlar. Dördüncü hakim funksiyasını Romen Lisoj yerinə yetirəcək. VAR-da Jerom Brisar, AVAR-da Nikola Renvil olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Ferensvaroş" oyunu avqustun 27-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək. İlk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.


Etiketlər:  Qarabağ Ferensvaroş matçını hakim idarə edəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ