Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın U-21 millisindən acınacaqlı məğlubiyyət

Azərbaycanın U-21 millisindən acınacaqlı məğlubiyyət

Tarix: 10 Oktyabr 2025 22:16

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxıb.

Sonxeber.net xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşıb.

Karvina şəhər stadionunda keçirilən matç yığmamızın 0:5 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Avropa çempionatı, seçmə mərhələ

10 oktyabr

20:00. Çexiya U-21 - Azərbaycan U-21 - 5:0

Qollar: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85

Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)

Karvina şəhər stadionu

22:30. Portuqaliya - Bolqarıstan

9 oktyabr

Şotlandiya - Cəbəllütariq - 12:0


Etiketlər:  Azərbaycanın millisindən acınacaqlı məğlubiyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ