Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2025 01:02
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.
Sonxeber.net-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.
Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.
------
Fransa millisi 84-cü dəqiqədə Floryan Tovenin qoluyla hesab arasındakı fərqi 3 topa çatdırdı.
------------
Fransa millisi 69-cu dəqiqədə Adrien Rabyonun qoluyla hesabı 2:0-a çatdırdı.
---------
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Kilian Mbappe 45+2-ci dəqiqədə hesabı açıb.
-----------
Matç başladı.
-----------
Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.
Sonxeber.net xəbər verir ki, Ayxan Abbasovun komandası Fransanın qonağı olacaq.
Parisdəki "Park de Prens" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, hazırda D qrupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür.
Bu qrupun digər oyununda isə İslandiya Ukraynanı qəbul edəcək.
Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Daha əvvəl komandalar Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar. 1994-cü ildə Türkiyənin Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada Azərbaycan millisi 0:2 hesabı ilə uduzub. 1995-ci ildə Fransanın Oser şəhərində baş tutan ikinci oyunda isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.
DÇ-2026, seçmə mərhələ
D qrupu
22:45. Fransa - Azərbaycan
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff
Komandaların heyətləri açıqlanıb:
Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 17. Vailliam Saliba, 4. Dayo Upamekano, 22. Teo Ernandes, 21. Kepren Türam, 14. Ardien Rabyo, 11. Maykl Olise, 7. Kinqsli Koman, 9. Uqo Ekitike, 10. Kilian Mbappe (k).
Ehtiyat heyət: Samba, Şevalye, Din, Kunde, Kamavinqa, Kane, Akliuş, Mateta, Kinate, Nkunku, Toven, L.Ernandes
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 7. Toral Bayramov, 10. Mahir Emreli
Ehtiyat heyət: Aydın Bayramov, Rza Cəfərov, Rail Məmmədov, Murad Xaçayev, Anatoli Nuriyev, Renat Dadaşov, Abbas Hüseynov, Rəhman Daşdəmirov, Cəlal Hüseynov, Nəriman Axundzadə, Faiq Hacıyev, Musa Qurbanlı