Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1 saat gözləsəydi, indi “Qarabağ”da oynayardı

1 saat gözləsəydi, indi “Qarabağ”da oynayardı

Tarix: 10 Oktyabr 2025 19:12

"ML Vitebsk" klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkov bildirib ki, bu mövsüm "Qarabağ" klubunda oynamaq imkanı olub.

Sonxeber.net xəbər verir ki, o, bu barədə ölkəsinin mediasına müsahibəsində bildirib.

"ML" ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, "Qarabağ"dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm," - deyə Volkov bildirib.

Qeyd edək ki, Volkov bu yay "Vitebsk" klubuna Rusiya "Arsenal"ından keçib. (qol.az)


Etiketlər:  saat gözləsəydi indi Qarabağda oynayardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ