Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2025 18:55
Xalq artisti Miri Yusif "İstanbul" adlı yeni mahnı ifa edib.
Sonxeber.net xəbər verir ki, Türkiyə türkcəsində yazılan bəstənin söz və musiqisini isə Zamiq Əliyev (Yap10) yazıb. Nəğmənin aranjimanı Burak Subaşıya və səs uzlaşması Uğur Özdemirə məxsusdur.
Xalq artisti bu nəğməsinə Türkiyədə ekran həyatı verib.
"İstanbul" mahnısına klipi Elay Elxan çəkib. Layihədə baş qəhrəman ifaçının 17 illik xanımı Nərgiz Mirbabayeva olub.
Sözügedən mahnı artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.