Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu günə qədər 1259 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib''

''Bu günə qədər 1259 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib''

Tarix: 10 Oktyabr 2025 11:48

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar növbəti, sayca 27-ci müsabiqənin I turu keçirilir. Bu günə qədər müsabiqələrdə 1259 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib.

Sonxeber.net xəbər verir ki, bunu test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.

O bildirib ki, onlar hazırda prokurorluq işçilərinin 93,2 % faizini təşkil edir: "Bu, çox sevindirici bir haldır. Eyni zamanda, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərirlər və onlardan bir neçəsi xüsusi ali rütbə alıb".


Etiketlər:  günə qədər 1259 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ