Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2025 11:22
Ötən həftə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 7 yaşlı qızını itirən tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkədə övladı ilə fotosunu yayıb.
Sonxeber.net xəbər verir ki, vəkil paylaşımına qısa, amma təsirli bir qeyd əlavə edib:
"Sənə deyə bilmədiyim neçə-neçə söz içimdə düyün-düyün qalıb."
Qeyd edək ki, faciəvi yanğın nəticəsində üç nəfər həyatını itirmişdi. İstintaq davam edir.