Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan lideri Timor-Leste Prezidentini təbrik edib

Azərbaycan lideri Timor-Leste Prezidentini təbrik edib

Tarix: 28 Noyabr 2025 11:26

Azərbaycan Prezidenti İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortanı təbrik edib.

Sonxeber.net xəbər verir ki, təbrikdə deyilir:

"Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir. Biz sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafına və əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".


Etiketlər:  Azərbaycan lideri Timor Leste Prezidentini təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ