Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2025 13:22
Azərbaycanın 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyinin elan etdiyi qrant müsabiqəsində qalib olub və qrant müqavilələri artıq imzalanıb.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, bu müqavilələr çərçivəsində Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideynlərin ödəyəcəyi məbləğ vasitəsilə açıqlanıb.
Qrant müqavilələrinin icrasına başlanandan sonra göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödəniş tələb olunmayacaq.
Əgər valideynlər göstərilən təhsil haqlarından kənar ödəniş tələbi ilə qarşılaşsalar, bu barədə Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.
Nazirlik həmçinin bildirir ki, qrant müsabiqəsi ilə bağlı bütün məlumatların ictimaiyyətə tam şəffaf şəkildə təqdim edilməsi davam etdiriləcək.