Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

Tarix: 27 Noyabr 2025 11:28

Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin üzvü təyin edilib.

Sonxeber.net xəbər verir ki, bu vəzifədə o, bankın pərakəndə biznesinə rəhbərlik edəcək.

O, 20 ildən çox bankçılıq təcrübəsinə malikdir və Yelo Bank və Expressbank da daxil olmaqla bir sıra Azərbaycan banklarında rəhbər vəzifələrdə çalışıb. VTB (Azərbaycan)-a təyinatdan əvvəl Unibank-da Pərakəndə Biznes üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

Yaşar Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və "Mühəndis iqtisadiyyatı və idarəetmə" üzrə bakalavr və magistr dərəcələrinə malikdir.


Etiketlər:  Azərbaycan bankının İdarə Heyətinə yeni təyinat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ