Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1 yaşınadək uşaq üçün 140 manat verilir - Müraciət QAYDASI

1 yaşınadək uşaq üçün 140 manat verilir - Müraciət QAYDASI

Tarix: 26 Noyabr 2025 16:08

Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 140 manat məbləğində müavinət verilir.

Sonxeber.net xəbər verir ki, müavinət proaktiv qaydada uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

Müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə müavinətin ödənişi dayandırılır.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.


Etiketlər:  yaşınadək uşaq üçün manat verilir Müraciət QAYDASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ