Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 22:51
Bakı. Trend:
Şəhid ailələlərinin mənzillə təminatının pandemiya dönəmində belə davam etdirilməsi ikiqat təqdirəlayiqdir. Bu dövlətimizin, ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının göstəricisidir.
Trend-in məlumatına görə, bu barədə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik Xəlilov baş verənləri ölkə başçısı və Birinci vitse-prezidentin şəhid ailələrinə olan qayğısının növbəti təzahürü kimi dəyərləndirib:
"Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının davamı kimi bu kateqoriyadan olan vətəndaşarımızın, onların ailə üzvlərinin mənzillə təmin ediıməsi prosesi davam edir. İyulun 20-də təkcə Salyan rayonundan 33 şəhid ailəsi və müharibə əlilinin mənzillə təminatı həyata keçirilib ki, bu da ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının nümunəsidir.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan, həmçinin sağlamlığını itirən vətəndaşlarımızın mənzill təmin ediməsi təbii ki, dövlətimizin, ölkə başçısının, habelə I vitse-prezidentin şəhid ailələrinə, əlillərə olan diqqət və qayğısını əks etdirir. Artıq uzun illərdir ki, ölkəmizdə bu kateqoriyadan olan vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində sistemli addımlar atılır ki, bu da sözügedən ənənənin davamıdır.
Ölkə başçısınınn bütün dünyanın koronavirus təhlükəsinə qarşı mübarizə apardığı, bütün qüvvə və vəsaitlərin bu problemin həllinə sərf edildiyi bir zamanda bu addımı atması, dövlətimizin pandemiyannı hökm sürdüyü zamanda belə şəhid ailələrini unutmadığını, onların problemlərinin həllini daim diqqət mərkəzində saxladığını göstərir. Bu, həmçinin pandemiya dönəmində belə güclü iqtisadiyyata malik dövlətimizin heç bir sosial layihənin icrasını təxirə salmadığını isbatlayır. Odur ki, veteranlar adından ölkə başçısına dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlar olaraq ölkə prezidentinin siyasətini bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam edəcəyik”.