Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 13:36
SOCAR hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O qeyd edib ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar bütün risk yarada biləcək işlər dayandırılıb.
Qeyd edək ki, dünəndən ölkə ərazisində hava şəraiti dəyişib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.3 metrə çatıb.