Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Goranboyda 138 nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib (FOTO/VİDEO)

Goranboyda 138 nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib (FOTO/VİDEO)

Tarix: 22 Iyul 2020 16:12

Bakı. Trend:

Xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə sms icazədən, tibbi maskadan və dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bundan başqa, rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı iyul ayının 4-dən tətbiq edilən sərt karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 138 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Əlavə olaraq 6 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Goranboyda 138 nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib (FOTO/VİDEO) - Gallery Image Goranboyda 138 nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib (FOTO/VİDEO) - Gallery Image Goranboyda 138 nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib (FOTO/VİDEO) - Gallery Image Goranboyda 138 nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib (FOTO/VİDEO) - Gallery Image Goranboyda 138 nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Goranboyda nəfər karantin rejiminin pozulduğuna görə cərimə edilib FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ