Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 12:03
Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Su Nəqliyyatında Polis İdarəsi, Lənkəran Xətt Polis Şöbəsi əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran akvatoriyasında qanunvericiliklə dövriyyəsi qadağan olunan alətlərdən istifadə etməklə balıq ovu edilməsi barədə daxil olmuş məlumat əsasında belə əməlləri törədən şəxslərin aşkarlanması istiqamətində Qızılağac Milli Parkında reyd keçirilib.
Balıq ovu ilə məşğul olanların onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğunun yoxlanılması, partlayıcı vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması məqsədilə Lənkəran rayonu ərazisində tədbirlər davam etdirilir.