Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

Tarix: 6 Dekabr 2025 22:46

Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar.

Sonxeber.net Boks Federasiyasına istinadən xəbər verir ki, məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) bütün rəqiblərini üstələyib.

O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, turnirdə 15 ölkənin təmsilçiləri mübarizə aparıb.


Etiketlər:  Azərbaycan boksçuları Dünya Kubokunda medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ