Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2025 20:10
Türkiyəli məşhur aktrisa Nebahat Çehre estetik əməliyyatlar etdirməsi ilə bağlı suallar cavablayıb.
Sonxeber.net xəbər verir ki, 81 yaşlı sənətçi plastik-əməliyyat etdirmədiyini deyərək, iddialara son qoyub.
"Üzüm kifayət qədər cizgilidir. Bunları dolğu ilə aradan qaldıra biləcəyim deyildi. Mən isə dərimdən, simamdan imtina etmək istəmirəm. Yaşımı yaşayıram. "Kaş estetik etməsəydi" dediyim həmkarlarım var, amma buna haqqım yoxdur. Hər kəs istədiyini yaşayır".