Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2025 14:52
"Apple" yeni nəsil flaqmanları olan "iPhone 17 Pro və iPhone 17 Pro Maxi təqdim edərkən kamera imkanlarını əsas üstünlüklərdən biri kimi vurğulamışdı.
Sonxeber.net xəbər verir ki, lakin son məlumatlar şirkətin diqqətçəkən addım atdığını göstərir: Portret Rejimində Gecə Rejimi iPhone 17 Pro modellərindən tamamilə çıxarılıb.
Bu dəyişiklik ilk dəfə 9to5Mac tərəfindən "Apple"ın dəstək səhifəsində aşkarlanıb. Səhifədə gecə rejimi ilə uyğun cihazlar sadalanarkən məlum olub ki, portret üçün nəzərdə tutulan gecə rejimi funksiyası "iPhone 17 Pro"da artıq mövcud deyil. Daha diqqətçəkən məqam isə odur ki, funksiyanın "iPhone 16 Pro", "15 Pro, 14 Pro və hətta 13 Pro"da belə qalmasıdır. Yəni dəyişiklik yalnız ən son Pro modelinə tətbiq edilib.
Apple heç bir rəsmi açıqlama vermədiyi üçün funksiyanın niyə silindiyi bilinmir. Halbuki bu xüsusiyyət az işıqda daha kəskin fokus və daha peşəkar portret nəticələri əldə etməyə imkan verirdi. Bunun yoxluğu "iPhone 17 Pro" istifadəçilərinin gecə portret foto təcrübəsini zəiflədə bilər.
Standart Gecə Rejimi cihazda qalsa da, Portret Rejimində Gecə Rejiminin olmaması istifadəçilər arasında suallar doğurur. Hazırda "Apple"ın bu addımın səbəbləri ilə bağlı izah verməsi gözlənilir.