Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” - “Ayaks” oyununu yayımlayacaq kanal dəyişdi

“Qarabağ” - “Ayaks” oyununu yayımlayacaq kanal dəyişdi

Tarix: 6 Dekabr 2025 19:58

"Qarabağ" - "Ayaks" oyunu İctimai Televiziyada yayımlanacaq.

Sonxeber.net xəbər verir ki, qurum bununla bağlı məlumat yayıb: "Saran Media" ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.

"Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.

Yayımçı qurumların birgə təşəbbüsü ilə "Qarabağ" - "Ayaks" oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub".

Qeyd edək ki, matçın "CBC Sport"da yayımlanması nəzərdə tutulmuşdu. Qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.


Etiketlər:  Qarabağ Ayaks oyununu yayımlayacaq kanal dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ