Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heç bir qorxum yoxdur'' - Paşinyan Azərbaycanla sərhəddə

''Heç bir qorxum yoxdur'' - Paşinyan Azərbaycanla sərhəddə

Tarix: 6 Dekabr 2025 22:30

"Kirantsda heç bir insident baş verməyib. Bu divar bizim təhlükəsizliyimizi təmin etmək üçün bir vasitədir". 

Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsa səfəri zamanı deyib. 

Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan sərhədçiləri demarkasiyadan sonra səngərlərdən çıxdılar, ikinci mərhələdə dəbilqələrini və zirehli geyimlərini çıxardılar, üçüncü mərhələdə isə pulemyotlara maqazin qoyulmaması ilə bağlı razılığa gəldilər: "Bu, təhlükəsizliyin təmin edilməsinə dair əlavə bir konsepsiya və sülh gündəliyini başa düşməkdir və mən indi burada dayanıram və heç bir qorxum yoxdur.

İndi artıq Azərbaycandan keçməklə Ermənistana dəmir yolu ilə mallar gəlir, tezliklə Ermənistandan başqa mallar da gəlib-gedəcək. Kirants sakit kənddir. Kirants demarkasiyadan sonra 50% artıb". 


Etiketlər:  Heç qorxum yoxdur Paşinyan Azərbaycanla sərhəddə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ