Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 21:40
"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 finalında "Real" cavab matçında oynamaq üçün çalışır.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, dizindən əməliyyat olan 32 yaşlı hücumçu bunun üçün gündə 3 dəfə məşq edir. İdman zalında çalışan argentinalı futbolçu yaxın günlərdə yaşıl meydanda məşqlərə başlayacaq.
Ancaq çox güman ki, o, Madrid klubu ilə görüşə kimi hazır olmayacaq. "Mançester Siti" 1/4 finala çıxacağı təqdirdə, Aquero ən pis halda bu mərhələdə oynayacağına ümid edir.