Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2025 19:24
Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.
Sonxeber.net qafqazinfo-ya istinadla xəbər verir ki, "Real"da çıxış edən 27 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.
"Azərbaycana qarşı görüş İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-u Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda başlayacaq.