Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 23:04
Bakı. Trend:
Dünyada yeni növ koronavirus ilə yoluxma hallarının sayı 15 milyonu keçib.
Trend-in məlumatına görə, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablanar aparan ABŞ-ın Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, 15 000 424 nəfər koronavirusa yoluxub, onlardan 617 832 nəfər ölüb.
Ən çox yoluxma halları ABŞ (3 915 780), Braziliya (2 159 654) və Hindistanda (1 193 078) qeydə alınıb.