Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2025 21:36
Zəngəzur dəhlizi Türkiyə, Ermənistan və Azərbaycan arasında bir növ barışıq layihəsidir.
Sonxeber.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsinin həyata keçməsi nəticəsində Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyacaqdır.
Ərdoğan qeyd edib ki, avqustun 22-də təməli qoyulan 224 km-lik dəmir yolu xətti Türkiyə üçün qürur mənbəyidir. Bu dəhliz ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıya biləcək.