Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatih Terimin Arda Turan israrı - Rəhbərlik...

Fatih Terimin Arda Turan israrı - Rəhbərlik...

Tarix: 23 Iyul 2020 13:20

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim  Arda Turanı komandaya yenidən gətirməkdə israrlıdır.

Qol.az  "Habertürk"ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis ötən gün  növbəti mövsümə hazırlıqlar aparmaq məqsədilə keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib. O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz və digər klub nümayəndələrinə türk oyunçunu növbəti mövsümdən "Qalatasaray"da görmək istədiyini və mövzuya yenidən baxılmasını tələb edib. Rəhbərlik Ardanın transfer məsələsini müzakirə edəcəyini bildirib.

Fatih Terim Arda Turanı qış transfer pəncərəsi dövründə komandaya qaytarmağı planlaşdırırdı. Lakin həmin vaxt bu transferi istəməyən azarkeşlərin çoxluğunu görən Mustafa Cengiz oyunçunun keçidinə müsbət yanaşmamışdı.

Qeyd edək ki, A.Turan 2004-2011-ci illərdən "Qalatasaray"ın formasını geyinib. "Barselona" ilə müqaviləsi ötən ay başa çatan Arda hazırda azad agent statusuna malikdir.

 


Etiketlər:  Fatih Terimin Arda Turan israrı Rəhbərlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ